"Qarabağ"a Selmani transferində yeni rəqiblər

Adı "Qarabağ"la hallanan Türkiyənin "Menemenspor" klubunun qapıçısı Gentian Selmani ilə bağlı yeni iddia ortaya atılıb.

Newsport.az-ın məlumatına görə, I Liqa təmsilçisinin qolkiperi ilə "Olimpiakos", "Spartak" (Moskva), "Bolonya" və "Saraqosa" klubları da maraqlanır.

Albaniyanın U-21 millisində oynamış qapıçının Türkiyə klubu ilə müqaviləsi 2021-ci ilin yayında tamamlanacaq. 22 yaşlı əlcək sahibi 2019-cu ildə Albaniyanın "Laçi" klubundan "Menemenspor"a keçib. Selmani bu mövsüm 28 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right