"Bu təklif bizə "Qarabağ" tərəfindən gəldi"

«Bu, hazırlıq prosesinin ikinci həftəsinin ikinci oyunu idi. Üç gün ərzində iki oyuna çıxmalı olduq».

Newsport.az-ın məlumatına görəbu sözləri Sportinfo.az-a açıqlamasında «Səbail»in baş məşqçisi Aftandil Hacıyev deyib.

Mövsümün bərpası üçün hazırlıqlarını davam etdirən "Qarabağ" "Səbail"lə yoxlama görüşünə çıxıb. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş 3 hissədən ibarət olub.

Matçda hesabı qonaqlar açıb. Bahadur Həziyev erkən qolla son çempionu məyus edib. Qurban Qurbanovun komandası artıq ilk yarıda oyunda dönüş yaratmağa müvəffəq olub.

Mahir Emreli və Ovusu Kvabenanın qolları ilə ağdamlılar fasiləyə üstün yollanıb. İkinci hissədə yalnız bir qol vurulub. Qara Qarayev son dəqiqədə fərqi iki topa çatdırıb.

Üçüncü hissə də Premyer Liqanın liderinin üstünlüyü şəraitində keçib. Qarşılaşmada son nöqtəni Filip Ozobiç qoyub - 4:1.

Bu, “Qarabağ”ın fasilədən sonrakı yoxlama oyunlarındakı ardıcıl ikinci qələbəsi olub. İlk yoxlama görüşü çərçivəsində iyunun 9-da "Qarabağ" "Sabah"ı darmadağın edibsə (5:0), ertəsi gün "Səbail" "Zirə" ilə qollu bərabərə (2:2) qalıb.

Hacıyev nəticədən daha çox, fiziki hazırlıq barədə düşündüklərini bildirib: «Ayın 10-da «Zirə» ilə yoxlama qarşılaşmasına çıxmışdıq. Onlara qarşı hər futbolçunu bir hissə meydana buraxmışdım.

Bu dəfə isə hərəsinə 60 dəqiqə şans verdim. Üç hissə oynamaq təklifi bizə «Qarabağ» tərəfindən gəldi. Lap əvvəldən danışmışdıq ki, ayın 14-də hərəsi 45 dəqiqə olmaqla, üç hissə oynayarıq.

Sonra bilirsiz, Operativ Qərargah ayın 14-ü üçün evdən çıxmaq qadağası tətbiq elədi, biz də vaxtı bir geri çəkdik. Dedik ki, oyun 120 dəqiqə olsun. Üç gün içində ikinci oyuna çıxan futbolçulardan böyük bir şey gözləmək sadəlövhlükdür.

Məqsədimiz hər həftə onların funksional hazırlığını qaldırmaqdır. Çalışdıq ki, hazırlıq səviyyəsini bu həftə bir qədər qaldıraq. Fikrimiz bu iki oyunu zədəsiz keçirmək idi ki, çempionata itkisiz başlayaq.

Şükür, bu baxımdan hər şey yaxşı bitdi. «Qarabağ»oa oyunları hissələrə bölsəm, ilk 30-35 dəqiqəni daha aktiv keçirdik. Gücümüz var idi, hətta qol da vurmağı bacardıq.

Üç-dörd təhlükəli vəziyyət yaratmağa yaxın idik ki, lakin hissənin sonuna yaxın yenə də futbolçularda tempin aşağı düşməsini müşahidə etdik. Növbəti iki hissədə «Qarabağ» bu səbəbdən oyuna diktə etdi.

Odur ki, 120 dəqiqəlik oyunun 4:1 bitməsi normaldır. Bu bölümdə ikinci heyətlə, gənclərlə mübarizə apardıq. Bütün hallarda bu, bizə lazım idi. «Zirə» və «Qarabağ»la yoxlama görüşlərinin faydasını çempionatda görə bilərik».





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right