"Bakı"nın stadionu və akademiyası yer üzündən "silindi" FOTO

Fəaliyyətini dayandırmış «Bakı»nın Biləcəri qəsəbəsində yerləşən keçmiş stadionu artıq tamamilə sökülüb.

Newsport.az-ın məlumatına görəarenanın qazonu ilə yanaşı, tribunaları və paltardəyişmə otaqları yerlə bir edilib.

Eyni zamanda, uşaq futbol akademiyasının binası da torpağa qarışıb.

Paytaxtın ən böyük futbol bazasının indi yer üzündən silinməsini deyə bilərik. Bura «Delfin»MMC tərəfindən AFFA rəhbərliyində təmsil olunan şəxslərdən birinə satılıb. Həmin zat da idman qurğusunu öz yaxın qohumlarından birinin ixtiyarına verib. Mövcud halı isə təqdim etdiyimiz fotolardan görürsüz…

Demək ki. futbol və futbolun gələcəyi bu sahəyə cavabdeh olan AFFA funksionelərinin planlarında heç cür yer almır. Onlardan ötrü biznes, yeni gəlir mənbələri fikirləşib tapmaq ən vacib məsələdir.

Yoxsa Qafqazda anoloqu olmayan bazanı söküb, yerində hündürmətrəbəli binalar tikmək və böyük yaşayış massivi salmaq naminə bu cür tezbazar hərəkətə keçməzdilər.

"Bakı"nın stadionu və akademiyası yer üzündən "silindi" -
"Bakı"nın stadionu və akademiyası yer üzündən "silindi" -
"Bakı"nın stadionu və akademiyası yer üzündən "silindi" -
   
Sportinfo.az




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right