Zaur Həşimov: “Həftədə iki oyun keçirmək çətindir, problemlər olacaq”

“Zirə”nin baş məşqçisi Zaur Həşimov bu gün “Sabah”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Newsport.az-ın məlumatına görə, o, 0:1 hesabıyla məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

- Yaxşı ilk hissə keçirdik. Bu gün daha istəkli idik. 3 qol epizodumuz da oldu, bundan istifadə edə bilmədik. 58-ci dəqiqədən əvəzləmələrə başladıq. Ümumi götürsək, ikinci hissədən də narazı qalmadım. Sadəcə, bir anlıq konsentrasiyanı itirməyimiz ucbatından rəqib qol vurdu. Uşaqların tapşırıqlarımı yerinə yetirməsi sevindiricidir. Daha bir həftəmiz olsaydı, hazırlıq baxımından daha yaxşı səviyyədə olardıq.

- Rauf Hüseynli bu gün xoş təsir bağışladı. Ona mütəmadi olaraq şans verəcəksizmi?

İstərdim ki, oynasın. 3-4 gündən bir oyunlarımız olacaq. Bu gün Rauf yaxşı təsir bağışladı. Son zamanlarda start heyətimizdə yer alır.

Komandanın fərqlənməsinə nə mane oldu?

Futbolçular oyuna tam köklənmişdi. Qol epizodları birə-bir idi.

- İyunun 21-nə az qalıb. 19 və 20-si də məşq edə bilməyəcəksiz. Öz futbolçu karyeranızda belə şey olub?

Bunu bilmirəm. Futbol praktikasında belə şey olub.

Bu vəziyyətdə çempionat davam etdirilməlidir?

Çətin sualdır. Həftədə iki dəfə məşq etmək, oynamaq çətindir. Oyunun keyfiyyəti, futbolçuların zədəsi baxımından problemlər yaranacaq.  

Komanda.az

  •  




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right