İtaliyalı futbolçuya "Qarabağ" və "Neftçi"dən cəlbedici təklif

İtaliya millisinin sabiq futbolçusu Dieqo Fabbrininin agenti Florin Manea oyunçunun Azərbaycandan aldığı təklifləri barədə danışıb. 

Newsport.az-ın məlumatına görə, "Prosport" nəşrinə açıqlama verən agent Rumıniyada "Dinamo" (Buxarest) komandasında çıxış edən 30 yaşlı italiyalı yarımmüdafiəçinin hələ 2019-cu ilin dekabrında "Neftçi" və "Qarabağ"dan təklif aldığını təsdiqləyib. Hazırda isə o, Rumıniyanın digər klubu "Rapid"dən də təklif aldıqlarını diqqətə çatdırıb.

Manea futbolçunun hazırkı komandasında maaşının 16,5 min avro olduğunu xatırladıb. Onun sözlərinə görə, Fabbrini klubuna "Rapid" və Azərbaycan təmsilçilərinin təkliflərinin daha cəlbedici olduğunu və rədd cavabı verə bilməyəcəyini deyib. 

Agentin sözlərinə görə, futbolçu klubundan məvacibini gec alır və bu, onun "Dinamo"dan ayrılmasına səbəb ola bilər. 

Qeyd edək ki, Dieqo Fabbrini 2012-ci ildə İtaliyanın əsas yığmasında 1 oyun keçirib. O, karyerası ərzində vətənində "Empoli", "Udineze", "Palermo", "Siena", "Spetsia", İngiltərənin "Uotford", "Milluoll", "Birmingem", "Midlsbro", İspaniyanın "Oviedo", Rumıniyanın "Botoşani" və Boqlarıstanın MOİK komandalarında çıxış edib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right