"Vulverhempton" Renatı bu qiymətə transfer edib

İngilltərənin “Vulverhempton” klubunun transfer etdiyi futbolçuların qiyməti açıqlanıb. Newsport.az  “radiotimes”ə istinadən xəbəb verir ki, siyahıda Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun da adı var.

Məlumata görə, komandanın ən bahalı transferi Raul Ximenesdir. Premyer Liqa təmsilçisi “Benfika”dan heyətinə qatdığı meksikalı forvard üçün 34 milyon avro ödəyib. İkinci sırada isə yarımmüdafiəçi Pedro Neto yer alıb. Klub “Latsio”dan transfer edilən futbolçu üçün 16 milyon avrodan keçib.

“Vulverhemton”un ucuz qiymətə heyətinə cəlb etdiyi oyunçulardan biri Renat Dadaşovdur. “Canavarlar”ın Portuqaliyanın “Eştoril” klubundan transfer etdiyi yığmamızın üzvünə qarşılıq 450 min avro ödədəyi bildirilir.

Qeyd edək ki, Dadaşov ötən il “Vulverhempton”a keçib. O, hələ ki, əsas heyətdə debüt edə bilməyib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah