Almaniya kubokunda finalçılar bəlli oldu

Futbol üzrə Almaniya kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Newsport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
 
“Saarbrüken” doğma meydanda “Bayer”lə qarşılaşıb. Rəqib qapısından 3 cavabsız top keçirən Leverkuzen təmsilçisi ilk finalçı olub.
 
Digər finalçının adına “Bavariya” – “Ayntraxt” matçında aydınlıq gəlib. Bu oyunda da qapılara 3 qol vurulub. Yekunda qələbə qazanan və finala yüksələn “Bavariya” olub.
 
Beləliklə, iyulun 4-də keçiriləcək final görüşündə “Bavariya” ilə “Bayer” üz-üzə gələcək.
 
Almaniya kuboku
Yarımfinal
9 iyun
 
Saarbrüken – Bayer 0:3
Qol: Diabi, 11. Alario, 19. Bellarabi, 58.
 
10 iyun
 
Bavariya – Ayntraxt 2:1
Qol: Perişiç, 14. Levandovski, 74 – Da Kosta, 69.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right