"İndi vaxt bizi sıxır, hələ bu cür durumda olmamışıq"

"Çətin durumdayıq və çətin olacağını bilirik. Əsas istəyimiz futbolçuları zədədən qorumaqdır və məşqlərimizi də buna uyğun qurmuşuq. Sırf zədəyə görə aparıcı oyunçularımızın bir neçəsi bugünkü məşqi buraxdı".

Newsport.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Sumqayıt"la 2:2 etdikləri yoxlama oyunundan sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis bildirib ki, komandanın bir neçə futbolçusu "Sabah"a keçəcəyinə baxmayaraq, onlar hazırda "qırmızı-qaralar"a məxsusdurlar.

Baş məşqçi problemlərə rəğmən, komandanın yaşayacağına ümidli olduqlarını vurğulayıb: "Psixoloji durum qaydasındadır. Futbolçular tapşırıqları yerinə yetirməyə hazırdır. Amma indi vaxt bizi sıxır. Hələ bu cür durumda olmamışıq. İnanırıq ki, çempionat oyunlarında get-gedə öz oyunumuzu tapacağıq".

Baxşıyev gələn mövsüm üçün danışmağın hələ tez olduğunu bildirib: "Cari mövsümü layiqincə başa vurmaq və daha üst pillələrə qalxmaq istəyirik. Hazırda bizdə 2001-ci il təvəllüdlü futbolçular da oynayır. Bundan cavanları oynamayacaq. Təcrübəlilərə ehtiyac var".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right