"Zirə" "Səbail"ə qarşı Yenilənir

Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün son 8 turuna hazırlaşan “Zirə” və “Səbail” bu gün yoxlama görüşündə üz-üzə gələcək.
 
Newsport.az xəbər verir ki, Bakı klubları bununla koronavirus pandemiyası səbəbindən yaranmış 3 aylıq fasiləyə son qoyacaq. Görüş Zirə İdman Kompleksinin meydançasında qarşılaşacaq. Oyun saat 18:00-da start götürəcək.
 
Qeyd edək ki, ikinci yoxlama görüşü çərçivəsində iyunun 14-də “Zirə” “Sabah”la, “Səbail” isə “Qarabağ”la qarşılaşmağı planlaşdırır.
 
Yoxlama görüşü
 
10 iyun
18:00. “Zirə” - “Səbail”
Zirə İdman Kompleksinin meydançası




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right