"Neftçi" qalib gəldi, Zirə və Sumqayıtda qollu heç-heçə Yenilənib

Premyer Liqaya hazırlığı davam etdirən daha 6 komanda bu gün yoxlama oyunu keçirib.

Newsport.az-ın məlumatına görə, "Neftçi" saat  "Bakcell Arena"da "Keşlə" ilə üz-üzə gəlib. Görüş "ağ-qaralar"ın 3:1 hesablı qələbəsiylə başa çatıb.

Digər görüş Zirə İdman Kompleksinin stadionunda "Zirə" ilə "Səbail" arasında keçirilib. Matçda qollu bərabərlik qeydə alınıb - 2:2.

"Kapital Bank Arena"da baş tutan matçda isə "Qəbələ" və "Sumqayıt" qarşılaşıb. Bu görüşdə də 2:2 hesablı heç-heçə qeydə alınıb.

Yoxlama görüşü
10 iyun

18:00. “Neftçi” - “Keşlə” - 3:1
Qollar: 
Emin Mahmudov, 10 (pen.), 12, Rəhman Hacıyev, 90+3 - Aleşandre Kriştovao, 65

"Bakcell Arena"

18:00. "Zirə" - "Səbail" - 2:2
Qollar: 
Ağabala Ramazanov, 16, Mfo Kqasvane, 69 - Maykl Essyen, 30, Turan Manafov, 49

Zirə İdman Kompleksinin stadionu

20:00. "Sumqayıt" - "Qəbələ" - 2:2
Qollar: 
Elvin Cəfərquliyev, 8, Amil Yunanov, 73 - Roman Hüseynov, 42, Nikolas Raysel, (60 pen.)

"Kapital Bank Arena"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right