“Neftçi” 5 məşqçini göndərdi

“Neftçi” Futbol Akademiyasının müqaviləsi başa çatan məşqçiləri ilə qarşılıqlı razılaşma əsasında yollarını ayrıb. 

Newsport.az klub saytına istinadən xəbər verir ki, baş məşqçilər Elnur İmamquliyev (U-15) və Ceyhun Əhmədov (U-10), köməkçi çalışdırıcı Ceyhun Rzayev (U-19) və Ədəhim Niftəliyev (U-14), qapıçılar üzrə məşqçi Ramiz Əhmədova növbəti ayın əməkhaqqısı ödənilərək, onlarla əməkdaşlığa son qoyulub.

Mütəxəssislərə xidmətlərinə görə təşəkkür edilib və,gələcək karyeralarında uğurlar arzulanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right