“Qarabağ” onu göndərdi

“Qarabağ” Maqaye Qeye ilə yollarını ayırıb. Newsport.az xəbər verir ki, bu barədə klub saytından məlumat verilib.

Bildirilir ki, futbolçu ilə qarşılıqlı anşlaşmaya əsasən müqaviləyə xitam verilib. Qeye Ağdam təmsilçisində 28 oyunda çıxış edib və 8 qol vurub. Klub xidmətlərinə görə oyunçuya təşəkkür edərək, gələcək karyerasında uğurlar diləyib.           

Qeyd edək ki, "Qarabağ" 28 yaşlı hücumçunu ötən il heyətinə cəlb etmişdi.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right