"Menecerlər "Qarabağ"ın adıyla futbolçularını reklam edirlər"

"Belə bir şey yoxdur, bu yaxınlarda bir başqa futbolçunun da adı klubumuzla bərabər çəkilirdi".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın direktoru Əmrah Çəlikəl deyib.

Türkiyə mətbuatı Ağdam klubunun adının keçdiyi yeni transfer iddiası ilə çıxış edib. Bildirilib ki, Azərbaycan çempionu Türkiyənin III liqasında çıxış edən "1928 Bucaspor"un vingeri Oğuz Aydına elçi düşüb.

Xəbərdə qeyd olunub ki, "Qarabağ"ın 20 yaşlı sol cinah oyunçusu ilə bağlı ilk cəhdi uğursuz nəticələnib. Təmsilçimiz gələn həftə yenidən "1928 Bucaspor”a müraciət edəcək.

Oğuz Aydın "1928 Bucaspor”un heyətində keçirdiyi 18 oyunda 2 qol vurub. Əvvəllər "Bucaspor" və "Karacabəy Bələdiyyəspor" klublarında forma geyinmiş 20 yaşlı futbolçu Türkiyənin U-19 millisində çıxış edib.

"Qarabağ"ın uzun illərdir uğurlu çıxışında böyük pay sahibi olan Ə.Çəlikəl bildirib ki, Niderlandda doğulan türk futbolçunun transferi ilə bağlı xəbərlər menecerlərin bir ideyasıdır:

"Bu, reklam xarakterli bir şeydir. Bilirsiz ki, "Qarabağ" Avropada yetərli qədər tanınır. Bundan istifadə edib, futbolçuların reklam kampaniyasını aparırlar".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right