"Neftçi" rəhbərliyi işdən kənarlaşdırdığı məşqçiləri qapı arxasında saxladı

Məlum olduğu kimi, «Neftçi» 13 işçisi ilə vidalaşıb.

Bura akademiyada çalışan məşqçilər və klub əməkdaşları daxildir.

Emin Salmanov, Elnur İmanquliyev, Ədahim Niftəliyev, Ramiz Əhmədov və başqa mütəxəssislərlə müqavilələr uzadılmaybı.

Newsport.az-ın məlumatına görə, gözlənilmədən işdən kənarlaşdırılan şəxslər klub rəhbərliyindən görüş tələb edib.

Hansı səbəbdən paytaxt təmsilçisindən uzaqlaşdırılmalarını bilmək üçün. Fəqət, onların istəyi yerinə yetirilməyib. Hamısı bir-bir kadrlar şöbəsinə çağırılaraq, qərarın qəti olması barədə məlumatlandırılıb və görüşun olmayacağı bildirilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right