"Sabah"ın futbolçusu "Beşiktaş"ın hədəfində

"Beşiktaş" növbəti transfer dönəmində ölkə xaricində çıxış edən gənc türk futbolçuları almağa çalışacaq.

 

Newsport.az "Akşam"a istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Sabah"ın yarımmüdafiəçisi Ozan Can Kökçü ilə də maraqlanır. 

 

"Feyenoord"da çıxış edən Orkun Kökçüdən əlini üzən "qara qartallar" onun əvəzinə qardaşını almaq fikrindədir. Məlumata görə, Super Liqanın digər təmsilçisi "Kasımöaşa" da 21 yaşlı oyunçunu istəyir.

 

Ozan Can Kökçü Azərbaycanın U-21 millisinin üzvüdür. O, ötən il "Girəsunspor"dan "Sabah"a keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right