"Neftçi"də "qara siyahı"ya düşən məşqçi: "Mən də oradan-buradan eşitmişəm ki…"

"Neftçi"dən ayrılmağımıza hansısa səbəb yoxdur. Heç tam olaraq ayrılıb-ayrılmamağımız bilinmir".

Newsport.az-ın məlumatına görə, bu sözləri Sportinfo,az-a açıqlamasında "Neftçi"nin məşqçisi Elnur İmanquliyev deyib.

Məlum olduğu kimi, klub rəhbərliyi 13 nəfərlə yolları ayırmaq barədə qərar qəbul edib. Onlar arasında bir neçə məşqçi də var. Dörd ay öncə "Qəbələ"dən dəvət olunan İmanquliyev də onların arasındadır.

Paytaxt təmsilçisinin akademiyasında işə başlayan gənc mütəxəssis qeyri-müəyyənlik içində qaldığını bildirib: "Qarşıdakı iki gündə hər şeyə aydınlıq gələcək. mən də oradan-buradan eşitmişəm.

Özümə nəsə deyilməyib. Ona görə də indi nəsə danışa bilmirəm. Qarşıdakı günlərdə rəhbərliklə danışacağıq. İndi yalandan nəsə deməyim düz çıxmaz.

Düzdür, saytlardan oxuyuram ki, yolların ayrılacağı məşqçilər arasında mən də varam. Rəhbərliklə danışandan sonra daha dəqiq nəsə danışmaq olar".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right