“Qarabağ” türkiyəli futbolçu ilə güclənir?

Türkiyənin “1928 Bucaspor” klubunun futbolçusu Oğuz Aydın karyerasını Azərbaycanda davam etdirə bilər.
 
Newsport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
Xəbərdə 20 yaşlı yarımmüdafiəçinin "Qarabağ"ın maraq dairəsində olduğu diqqətə çatdırılıb. Ağdam təmsilçisinin Niderland əsilli vinger üçün 3-cü liqa klubuna 2-ci dəfə rəsmi təklif göndərəcəyi bildirilib.
 
Qeyd edək ki, Oğuz Aydın Türkiyənin U-19 yığmasında 1 oyun keçirib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right