"Neftçi"də daha bir əcnəbi ayrılığı

Daha bir əcnəbi futbolçu "Neftçi"dən ayrılır.

Newsport.az xəbər verir ki, Vangelis Platellas mövsümün qalan 8 turunda oynadıqdan sonra Bakı klubunu tərk edəcək. Yunan yarımmüdafiəçi başa çatan müqaviləsinin müddətini uzatmayacaq.

Qeyd edək ki, Vangelis Platellas "Neftçi"yə 2019-cu ilin yayında Yunanıstanın OFİ klubunda keçib. Cari mövsümdə 18 oyuna çıxan futbolçu 3 qol vurub və 5 məhsuldar ötürmə edib. 31 yaşlı yarımmüdafiəçi paytaxt klubunun ən önədişli futbolçularından biridi. Onun "Neftçi"dən ayda 30 min manatdan çox maaş aldığı bildirilir.

Onu da qeyd edək ki, Vangelis Platellas əvvəllər Yunanıstanın "Xalliti", "Şkoda", AEK, "Atromitos" və "Aris" klublarında çıxış edib. (Fanat.az)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right