Azərbaycan kubokunda 6 əvəzləmə olacaq

Azərbaycan kubokunda 6 əvəzləməyə icazə veriləcək.

Newsport.az xəbər verir ki, bu, PFL-in bu gün açıqladığı 2019/2020-ci illər mövsümünün Əsasnaməsinə əlavədə qeyd olunub.

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) koronavirus pandemiyası səbəbindən oyunçu dəyişikliyini 5-ə yüksəltsə də, Azərbaycan kubokunda bu say 6 olacaq. Kubokdakı əvəzləmə limiti 3+1 idisə, bu mövsümün yarımfinal və final qarşılaşmalarında bu, 5+1 olacaq. Yəni matçlar əlavə vaxta qalarsa, komandalara 6-cı dəyişiklik imkanı veriləcək.

İFAB-la Peşəkar Futbol Liqası arasında aparılan danışıqlardan sonra beynəlxalq qurum 90 dəqiqədə 5, əlavə vaxtda isə 1 əvəzləmə edilməsinə razılıq verib. Bu təlimat artıq klublara da göndərilib.

Qeyd edək ki, Azərbaycan kubokunun yarımfinalında “Sumqayıt” “Qarabağ”la, “Qəbələ” isə “Zirə” ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right