"Heyif ki, "Qarabağ" son dəqiqələrdə hesabı bərabərləşdirdi"

"Bu komandanın baş məşqçisi olmaq yaxşı təcrübə idi".

Newsport.az xəbər verir ki, bu sözləri Lüksemburq "Düdelanj"ının sabiq baş məşqçisi Bertran Krasson deyib. O, komandasının Avroliqadakı çıxışını da xatırlayıb:

"Bunlar unutulmaz xatirələrdi. Qrup mərhələsini 4 xalla başa vurduq, amma 6 ola bilərdi. Heyif ki, "Qarabağ" son tur oyununun axırıncı dəqiqələrində hesabı bərabərləşdirdi".

Qeyd edək ki, "Qarabağ" Avroliqanın A qrupunu 5 xalla 3-cü, "Düdelanj" isə 4 xalla 4-cü sırada bitirib. Ağdam təmsilçisi səfərdə rəqibini 4:1 hesabı ilə məğlub etsə də, Bakıdakı görüşdə qalib müəyyənləşmədi - 1:1.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right