Azərbaycanın Avropa Liqasındakı rekordçuları Rəşad Sadıqov birincidir

UEFA Avropa Liqasında ən çox oyun keçirən futbolçuların siyahısını açıqlayıb.

 

Newsport.az xəbər verir ki, tərtib edilən cədvəldə azərbaycanlı oyunçular da var. "Qarabağ"ın kapitanı Rəşad Sadıqov nüfuzuna görə qitənin 2-ci klub turnirində 66 oyun (6 qol) keçirib. 37 yaşlı müdafiəçi 21-25-ci yerləri bölüşür.

 

Komandanın vitse-kapitanı Maksim Medvedevin aktivində 63 oyun (2 qol) var. 30 yaşlı müdafiəçi 27-29-cu yerləri bölüşür.

 

Hazırda "Keşlə"də çıxış edən Rəşad Sadiqov turnirdə 55 oyun (5 qol) keçirib. "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev isə 53 dəfə meydana çıxıb.

 

Turnirin rekordçusu isə "İnter"in keçmiş müdafiəçisi Cüzeppe Berqomiyə məxsusdur. İtaliya millisinin üzvü olmuş futbolçu 90 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right