“Xəzər Lənkəran”da oynamış futbolçu baş məşqçi oldu

Moldovanın “Kodru” klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
Newsport.az xəbər verir ki, Lozova təmsilçisi bu posta Denis Kalinkovu gətirib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Simeon Bulqarunu əvəzləyən 35 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
 
Moldovalı veteran yarımmüdafiəçi daha əvvəl ölkəsinin "Spikul" komandasında məşqçi kimi çalışıb.
 
Kalinkov futbolçu karyerası dövründə Azərbaycanda "Xəzər Lənkəran"ın formasını geyinib (2009/10 mövsümündə).




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right