Avropa Liqası tarixinin reytinqi: klublarımız neçəncidir?

UEFA Avropa Liqasında son 50 ilin reytinq cədvəlini açıqlayıb. Newsport.az xəbər verir ki, siyahıda Azərbaycanın 16 klubu yer alıb.

Təmsilçilərimizdən yaxşı göstərici "Qarabağ"a məxsusdur. Ağdam klubu 69 xalla 983 komanda arasında 118-ci pillədə qərarlaşıb.

Digər klublarımızdan "Neftçi" 34 xalla 216-cı, "Qəbələ" 27 xalla 248-cidir. "Xəzər Lənkəran" (10 xal) 471, "Zirə" (5 xal) 601, "Karvan" (5 xal) 606,  "Bakı" (5 xal) 631, "Olimpik-Şüvəlan" (AZAL, 2 xal) 758-ci, "MKT Araz" (1 xal), 819, "Xəzri Buzovna" (1 xal) 861-cidir.

Qeyd edək ki, UEFA Kuboku 1971-ci ildən keçirilməyə başlasa da, 2009-cu ildən Avropa Liqası adlanır. Azərbaycan təmsilçiləri bu yarışda 1994/1995 mövsümündən mübarizə aparır. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right