"Qarabağ" və "Neftçi"nin görüşləri baş tutmayacaq

Premyer Liqa klublarımızın bəzi yoxlama oyunları nəzərdə tutulan vaxtda baş tutmayacaq. Newsport.az xəbər verir ki, buna səbəb iki həftə ərzində həftəsonları qadağaların tətbiq edilməsidir. 
 
İyunun 14-də "Neftçi" - "Qəbələ", "Qarabağ" - "Səbail" görüşləri gerçəkləşməyəcək. 
 
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının bazar günü - iyunun 21-də bərpa olunması barədə qərar qəbul edilib. XXI turun oyunları bazar günü keçirilməlidir. 
 
Azərbaycanda qadağaların 6-7 iyunda və 13 - 15 iyunda tətbiqi nəzərdə tutulur. 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right