"Neftçi" rəqiblərini açıqladı

"Neftçi” Premyer Liqanın qarşıdakı 8 oyununun hazırlığını davam etdirir.
 
Newsport.az klubun saytına istinadən xəbər verir ki, artıq 3 gündür məşq edən komanda hazırlıq çərçivəsində yoxlama oyunları keçirəcək. "Ağ-qaralar” iyunun 9-u saat 18:00-da öz bazasında "Keşlə”, iyunun 14-ü saat 20:00-da isə "Bakcell Arena”da "Qəbələ” ilə qarşılaşacaq.
 
Qeyd edək ki, "Neftçi” uzun fasilədən sonra ilk rəsmi oyununu iyunun 21-də səfərdə "Zirə”yə qarşı keçirəcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right