"Bir dəfə mənimlə oturdu, araq içdik.." millimizin baş məşqçisi

“Onun keçdiyi məşqlərdə o qədər qaçırdıq ki, futbolçular qusurdular”.

Newsport.az xəbər verir ki, bu sözləri Azərbaycan U-21 millisinin baş məşqçisi Milan Obradoviç vaxtilə rəhbərliyi altında oynadığı Yuri Syomin haqda danışarkən deyib. 43 yaşlı mütəxəssis təcrübəli çalışdırıcının sərt məşqçilik metodundan da bəhs edib: O, çox əsəbi idi. Qışqıranda ağzından tüpürcəklər çıxırdı. Fərqi yox idi, paltardəyişmə otağında, avtobusda, meydanda. Əsəbləşən kimi qışqırırdı. Syominin komandasına gələndə gənc idim. Məşq üslubu məni dəhşətə gətirmişdi. Düzdür, daha sonra baş məşqçi olanda onu yaxşı başa düşdüm. Çünki yalnız bu yolla qələbəyə köklənə bilirsən”.

Serbiyalı çalışdırıcı təcrübəli mütəxəssislə səmimi söhbətindən də söz açıb: “2002-ci ildə qazanılan çempionluqdan sonra yaxşı içdik. Əvvəllər yalnız idman zallarında, məşqlərdə onunla görüşürdüm. Yaxın əlaqəmiz yox idi. Bir dəfə mənimlə oturdu, araq içdik. Mənə dedi ki, niyə həmişə bacardığın kimi yaxşı oynamırsan? Mən isə cavabımda söylədim ki, siz niyə həmişə mənim üstümə qışqırırsınız?”.

Qeyd edək ki, Obradoviç 2001-03-cü illərdə “Lokomotiv”də çıxış edib. Hazırda da Moskva təmsilçisinin baş məşqçisi Yuri Syomindir. Ancaq klubun yaxın vaxtda onunla yolları ayıracağı bildirilir





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah