17 qollu oyun

Azərbaycan çempionatının I divizionunun (əvvəl birinci dəstə adlanıb) tarixində 8 dəfə bir oyunda 12 və daha çox qol vurulub. Newsport.az PFL-in saytına istinadən xəbər verir ki, 1992-ci ildən təşkil olunan və bəzi mövsümlərdə keçirilməyən yarışın mütləq rekordu isə 2000/01 mövsümündə qeydə alınıb.
 
OİK (indiki MOİK) Bakıda keçirilən görüşdə “Lokomotiv”i 13:4 hesabı ilə məğlub edib. 17 qolun vurulduğu bu matç təkcə aşağı dəstə deyil, ümumiyyətlə müstəqil Azərbaycan futbolunda peşəkar səviyyədəki yarışların (Premyer Liqa, kubok, Superkubok, I divizion, Əvəzedicilər) ən məhsuldar oyunudur. Ən böyükhesablı qələbə ilə “Metallurq”a məxsusdur. Sumqayıt təmsilçisi Göytəpənin eyniadlı komandasını 15 qolla məğlub edib. Elə bu nəticə də tək divizion deyil, Azərbaycan futbolunun rekordudur.
 
“Metallurq” daha bir dəfə məhsuldar matçın iştirakçısı olmağı bacarıb. Bu, Ağdaş “Şirvan”ı ilə görüşə təsadüf edib – 13:1. Ən böyükhesablı səfər qələbəsi isə “Neftçala”nın aktivindədir. Bu komanda 2015/16 mövsümündə “Energetik”in qapısından 12 cavabsız top keçirib. Qeyd edək ki, I divizionda bir dəfə 17, bir dəfə 15, iki dəfə 14, bir dəfə 13, üç dəfə 12 qolun vurulduğu matç qeydə alınıb.
 
 
17 qol
2000/01 mövsümü. OİK (Bakı) – “Lokomotiv” (İmişli) – 13:4
15 qol
1993/94 mövsümü. “Metallurq” (Sumqayıt) – “Göytəpə” - 15:0
14 qol
1993/94 mövsümü. “Metallurq” (Sumqayıt) – “Şirvan” (Ağdaş) – 13:1
2016/17 mövsümü. “Səbail” (Bakı) – “Bakılı” – 11:3
13 qol
1994/95 mövsümü. “Kürmük” (Qax) – “Arzu” (Tərtər) – 11:2
12 qol
1993/94 mövsümü. “Şəfa” (Naftalan) – “Avey” (Ağstafa) – 2:10
1993/94 mövsümü. “Pambıqçı” (Zərdab) – “Turan-2” (Tovuz) – 3:9
2015/16 mövsümü. “Energetik” (Mingəçevir) – “Neftçala” – 0:12




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right