"Neftçi"nin istədiyi oyunçu klubu ilə vidalaşdı

“Neftçi”yə transfer olunması gözlənilən müdafiəçi Talisson Auqusto komandası ilə vidalaşıb. Newsport.az xəbər verir ki, Braziliya B Seriyası təmsilçisi “Quarani”də çıxış edən müdafiəçi “instagram” hesabından etdiyi paylaşımla klubun azarkeşlərini unutmçayacağını bildirib:

“Belə bir böyük klubdan ayrılıram. Burada yaşadığım hekayənin bir hissəsi olan hər kəsə təşəkkür edirəm. Azarkeşlərin coşqusu hər zaman yadımda qalacaq. Çox sağ olun!”.

Qeyd edək ki, “Quarani” klubunun icraçı direktoru Miçel Alves futbolçunun Azərbaycan klubuna keçəcəyini təsdiqləyib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right