Uelsli azarkeşlər Bakıdakı oyunun biletlərini qaytara bilmirlər

Koronavirus pandemiyası səbəbindən AVRO-2020-nin bir il sonraya keçirilməsi azarkeşlərə də təsir edib. Newsport.az xəbər verir ki, oyunları izləmək üçün bilet alan azarkeşlər onları qaytarmağa başlayıblar.

Türkiyə və İsveçrə ilə Bakıda, İtaliya ilə Romada qarşılaşacaq Uels yığmasının fanatları təyyarə və oyun biletlərini geri qaytarmaq istəsələr də, bəziləri müəyyən problemlərlə üzləşib.

Bu səbəbdən onlar pullarını geri almaq üçün dövlətdən kömək istəyiblər. Məsələ ilə bağlı bəyanat yayan Uels hökuməti hər kəsin pulunu alacağını açıqlayıb.

Qeyd edək ki, AVRO-2021 11 iyun – 11 iyul 2021-ci il tarixində keçiriləcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah