Elvin Yunuszadənin komandası liqanı tərk etdi

Bosniya və Herseqovina Birinci Liqasında mövsüm vaxtından əvvəl bitirilib. Newsport.az xəbər verir ki, koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan çempionatda “Sarayevo” klubu qalib elan edilib.

22 turdan sonra 45 xalla lider olan komanda tarixindəki yeddinci çempionluğu qeyd edib. “Çelik” və “Zvezda” klubları isə əsas liqanı tərk ediblər.

Bununla yanaşı, federasiya ölkə kubokunun oynanmayacağını açıqlayıb.

Xatırladaq ki, millimizin sabiq üzvü Elvin Yunuszadə “Çelik”ə transfer olunub. O, daha sonra məlum səbəblərdən ölkəmizə qayıtmağa məcbur qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right