"Neftçi" "Flamenqo"nun sabiq futbolçusunu transfer edir

"Neftçi" Braziliya B Seriyasında çıxış edən "Quarani" komandasının futbolçusu Tallison Auqustonu heyətinə qatır. Newsport.az "Terra" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi paytaxt klubu ilə 3 illik sözləşmə imzalayacaq.

Bildirilir ki, Auquston ötən gün komanda ilə yollarını ayıran Donald Geryeni əvəzləyəcək. "Quarani"nin icraçı direktoru Miçel Alves futbolçunun Azərbaycan klubuna keçəcəyini təsdiqləyib.

 O, oyunçuya təklif olunan məbləğin hazırkı qazancından çox olduğunu söyləyib.

Qeyd edək ki, Tallison Auqusto ölkəsində "Flamenqo" və "Vitoriya" kimi klubların formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right