“Neftçi” məşqləri bərpa etdi

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən mayın 31-dən etibarən açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə veriləndən sonra AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçirilib və iyunun 1-dən etibarən Premyer Liqa klublarının məşqlərinin, iyunun 21-də isə Premyer Liqa və Azərbaycan Kuboku oyunlarının bərpa olunması haqda qərar verilib.
 
Newsport.az xəbər verir ki, buna görə də koronavirus infeksiyasının (COVID-19) yayılması səbəbindən ölkədəki xüsusi karantin rejimi ilə əlaqədar olaraq martın 14-də fəaliyyətini müvəqqəti dayandırmış "Neftçi” PFK bu gün tam fəaliyyətə başlayıb.
 
Əsas komanda məşqləri bərpa edib. "Ağ-qaralar” "Türk Hava Yolları Futbol Mərkəzi”ndə axşam məşqinə çıxıb. Hazırlıq sabah iki məşqlə davam edəcək.
 
Qeyd edək ki, "Neftçi” uzun fasilədən sonra Premyer Liqada ilk oyununu iyunun 21-də səfərdə "Zirə”yə qarşı keçirəcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right