"Divizionun aqibəti ilə bağlı konkret qərar yoxdur" - PFL-dən açıqlama

Koronavirus pandemiyasına görə dayandırılan Azərbaycan Premyer Liqası və ölkə kubokunun davam etdirilməsinə qərar verildi. Ancaq I Divizionla bağlı qərar verilməyib.

 

Newsport.az-a açıqlama verən PFL-in Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov yarışın taleyi ilə bağlı AFFA ilə müzakirələr aparıldığını deyib:

 

"AFFA, PFL və Klublar Komitəsinin birgə keçiridyi iclasın prioritet mövzusu Premyer Liqa və Azərbaycan Kubokunun bərpası ilə bağlı müzakirələr idi. İclasın yekunu ilə bağlı AFFA və PFL–in rəsmi saytına ətraflı məlumat yerləşdirilib. I Divizionun aqibəti ilə bağlı hələ ki, konkret qərar yoxdur. AFFA ilə birgə bu məsələ də müzakirə olunur. Konkret qərara gəldikdə yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək”.

 

Azərbaycan Premyer Liqası iyunun 21-i bərpa ediləcək.

 

AFFA-nın təşkilatçılığşı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 liqalarında, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarında, “Coca-Cola Məktəbli Kuboku” turnirində, Region Liqasında mövsümün başa çatdırılması ilə bağlı qərar verilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right