"Aqolli komandanın lideridir" amerikalı məşqçi

“Ansi Aqolli bizim əsas oyunçularımızdandır. O, meydanın içində və kənarında komandanın lideridir”

Newsport.az “frontrowsoccer”ə istinadla xəbər verir ki, bu sözləri albaniyalı futbolçunun çıxış etdiyi Amerikanın “Nyu York Kosmos” komandasının baş məşqçisi Karlos Mendes deyib. O, futbolçu ilə daha bir il çalışmaq istədiklərini bildirib: “Aqolli ötən mövsüm ən yaxşı oyunçularımızdan olub. Həqiqətən möhtəşəm idi. Bu səbəbdən də o, yenə bizimlə olacaq. Onun komandaya hələ çox qatqı verəcəyini düşünürük”.

“Nyu York Kosmos” 37 yaşlı müdafiəçi ilə yanaşı, daha dörd oyunçu ilə müqavilə yeniləyəcək. Futbolçularla rəsmi sözləşmənin imzalanması üçün ABŞ Futbol Fedrasiyasının təsdiqinin gözləndiyi bildirilir. Mövsümün avqustda başlayacağı və azarkeşsiz keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Aqolli 2012-19-cu illərdə "Qarabağ”da çıxış edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right