Baş məşqçi Renat Dadaşovu seçib

Azərbaycan millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi “Vulverhepmton” klubu hücumçusu ilə yollarını ayırıb. Newsport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, nigeriyalı forvard Brayt Enobokare ilə müqavilə yenilənməyib.

Bildirilir ki, 22 yaşlı hücumçu gözləntiləri qarşılamayıb. Xəbərdə komandanın baş məşqçisi Nunu Eşpiritunun heyətdəki digər hücumçular - Raul Ximenes, Leonardo Kampanya və Renat Dadaşova üstünlük verəcəyi yazılıb.

Azad agent statusu daşıyan Enobakerinin “Birmingen” və ya “Koventri”yə keçəcəyi gözlənilir.

Qeyd edək ki,  Dadaşov “Vulverhempton”un U-21 komandasında çıxış edir. O, hələ ki, əsas heyətlə debüt etməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right