Klublarımız paltardəyişmə otağından istifadə etməyəcəklər

Sabahdan məşqləri bərpa edəcək Azərbaycan Premyer Liqası klubları kollektiv şəkildə hazırlaşa biləcəklər.

Bu barədə "Report"a "Qarabağ"ın direktoru Emrah Çelikel məlumat verib.

Ağdam təmsilçisinin rəsmisi bildirib ki, bununla belə, təhlükəsizliklə bağlı müəyən qaydalara əməl etmək tələb olunur: "Bununla bağlı AFFA-dan klublara təlimat göndərilib. Əsas məsələ gigiyena və sosial məsafə qaydalarıdır. Məsələn, oyunçular paltardəyişmə otaqlarından istifadə etməyəcəklər: Futbolçular oyunlara hazır vəziyyətdə gələcəklər".

Qeyd edək ki, AFFA bu gün Azərbaycan Premyer Liqasının bərpa tarixini açıqlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right