"Transfer tamamlanmaq üzrədir" - Baqali Dabo

"Neftçi"nin hücumçusu Baqali Dabo Kiprin "Apollon" klubu ilə anlaşmasından danışıb.

 

Newsport.az-ın məlumatına görə, 31 yaşlı futbolçu müqavilə imzalamaq üzrə olduğunu deyib:

 

"Apollon" ilə danışıqlar gedir. Ancaq müqavilə imzalamamışıq. Azərbaycan çempionatının taleyi qeyri-müəyyəndir və bunun necə olacağını bilməliyəm. Keçid başa çatana kimi gözləməliyik. Transferim tamamlanmaq üzrədir".

 

Fransalı hücumçu 2018-ci ildə "Qəbələ"dən "Neftçi"yə keçmişdi. Dabo bu mövsüm Premyer Liqada 15 oyunda 7 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right