“Qarabağ” öncə “Sarayevo” ilə danışmalıdı”

Adı “Qarabağ”la hallanan bosniya və herseqovinalı futbolçu Amar Rahmanoviç yayılan xəbərlərə münasibət bildirib.

Newsport.az-a danışan yarımmüdafiəçi bu məsələdən xəbərsiz olduğunu deyib:

“Həqiqətən bu barədə heç nə bilmirəm. Hazırda klubum “Sarayevo”nun oyunlarına köklənmişəm. Çempionata davam edirik və ilk pilləni ələ keçirmişik. Fikrim klubumdadı”.

Rahmanoviç “Qarabağ”ı tanıdığını bildirib: “Qarabağ” həqiqətən əla komandadı. Onlar hər mövsüm avrokubokların qrup mərhələsində çıxış edirlər. Həmyerlilərim Asmir Beqoviç və İbrahim Şehiç kimi futbolçular da orda çıxış edib. Onların bir neçə matçını da izləmişəm. Lakin təklifdən xəbərim yoxdu. “Qarabağ” məni istəsə, öncə “Sarayevo” ilə danışmalıdı. Klubumdan da bu barədə mənə kimsə heç bir şey deməyib”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right