Rusiyalı məşhur şərhçi Vasili Utkin “Spartak”da çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyevi sərt tənqid edib. Newsport.az xəbər verir ki, o, futbolçunun intizamsız hərəkətlərinin ilk dəfə olmadığını bildirib:
"Mənə deyirlər ki, Ayaz həmişə işçilərlə kobud rəftar edir. Belə insanlar var. Bəzən bu xasiyyət yaşla keçsə də, bu, Ayaza aid deyil. Onun piyadaya hücumu Kokorin/Mamayev hadisəsinin fonunda baş vermişdi. Həmin vaxt Quliyev həbsxananın bir neçə addımlığından keçdi. Bu da ona dərs olmadı. Quliyev yetkin insandır. Ləyaqətli cəmiyyətdə yaşamağı bacarmalıdır. Klub ona 2 dəfə pul xərcləyib.Yetişdirib və sonra satdığı komandadan geri alıb. Komanda 5 yaşından bəri hazırladığı adamı tanıya bilmirsə, akademiyadakılar nə işlə məşğul olurlar? Oyunçu seçimləri ilə məşğul olun. Beyinləri adət-ənənələrlə doldurmayın. Burada ağıl lazımdır".
Qeyd edək ki, Ayaz Quliyev məşq vaxtı fiziki hazırlıq üzrə məşqçi Vladimir Çipzanoviçlə münaqişəyə girdiyi üçün "Spartak"ın əvəzedici komandasına göndərilib.