"Azərbaycana getməli idim, ayağım sındı"

Rumıniyalı sabiq futbolçusu Katalin Likouyunun karyerası ərzində Azərbaycanda oynamaq variantı olub.

Newsport.az xəbər verir ki, bu barədə o, "Moldfootball"a müsahibəsində deyib. 39 yaşlı sabiq hücumçu bildirib ki, 2009-cu ildə Qazaxıstanın "Vostok" klubunda çıxış edən zaman Azərbaycandan təklif alıb:  "Azərbaycana getməli idim, ancaq ayağım sındı. Uzun müddət müalicə Sağaldıqdan  sonra orada həvəskar komanda olan "Tenerife" ilə məşq etdim. Başqa təkliflərim yox idi. Sonra zəng gəldi, Moldovanın "Olimpiya"sına dəvət etdilər. Mən də razılaşdım".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right