"Lixtenşteynlə oyundan sonra dedim ki, məni milliyə çağırmayın" Vəli Qasımov

Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qasımov Rusiyanın "Championat" nəşrinə müsahibəsində yığma barədə də danışıb.
 
Newsport.az xəbər verir ki, o, millidə qol vurmamağının özünə də qəribə gəldiyini deyib:
 
"Mən oynayanda yığma komanda tez-tez toplaşırdı. Amma məni yoldaşlıq görüşlərinə buraxmırdılar. Bir qayda olaraq, yalnız rəsmi matçlara gedirdim. Əlbəttə ki, bir qol belə vurmamağım qəribədir. Səbəbini bilmirəm. Yəqin, yığmada daha çox iş görürdüm. Tez-tez geriyə qayıdıb oyun qurmağa çalışırdım. Ön xətdə az olur və daha çox meydanın mərkəzində komanda yoldaşlarıma kömək edirdim. Çünki digərlərindən daha təcrübəli idim".
 
V. Qasımov millidə çıxış etdiyi vaxt Azərbaycanda maliyyə problemlərinin olub-olmaması barədə verilən sualı belə cavablandırıb: "Həqiqətən pul yox idi. Federasiya hər şeyə qənaət edirdi. Tez-tez uçuş xərcləri üçün özüm pul ödəmişəm. Amma bu, təkcə mənim yox, hamının problemi idi. Vaxt var idi ki, cəmi 100 dollar mükafat verirdilər. İspaniyada oynadığım zaman bu pullar aviabiletlərə, maksimum isə hava limanında qəhvə içməyə xərclənirdi. Federasiyanı da başa düşmək olar. Amma istənilən halda üzücü idi".
 
 O, AFFA ilə təkcə maliyyə problemlərinin olmadığını söyləyib. Veteran hücumçu AFFA-nın mərhum prezidenti Fuad Musayev ilə arasındakı narazılıqlarını olduğunu vurğulayıb: "Aramızda bir neçə dəfə mübahisə olmuşdu. Bir dəfə məni Lixtenşteynlə oyuna dəvət etdilər. Amma heyətə salmadılar və uduzduq. Bunu özümə qarşı ədalətsizlik hesab etdim və Musayevlə danışmaq istədim. Amma o, mənimlə görüşməyi lazım bilmədi. Belədə baş məşqçiyə dedim ki, siz məni Portuqaliyadan çağırırsınız ki, burada ehtiyatda oturum? Belədirsə, çağırmayın. Bundan sonra daha məni yığmaya dəvət etmədilər".
 
Veteran hücumçu o vaxtlar Rusiya millisində oynamaq istəyib-istəmədiyi ilə bağl suala cavab olaraq deyib:"Düzünü desəm, istəyirdim. Açığı, hər zaman idmanda ən yaxşı yerlərdə olmaq üçün çalışmışam. Amma Azərbaycanda anadan olmuşan. Buna görə də doğma ölkəmin yığmasında oynamağa qərar verdim".
 
2010-12-ci illərdə Azərbaycan millisində Berti Foqtsun köməkçisi vəzifəsində çalışmış Qasımov almaniyalı mütəxəssisin işini qiymətləndirib: "Foqts Azərbaycan futbolunda vahid sistem formalaşdırdı. Yerli məşqçi olsaydı, bunu bacarmazdı. O, yığmada ciddi nizam-intizam və qidalanma rejimi yaratdı. Futbolçular Foqtsa inanırdılar. Çünki onların əksəriyyəti əvvəl belə rejimlə qarşılaşmamışdılar. O, sərtliyi ilə tanınırdı. Səhər yeməyinin saat 9-da olduğunu söyləyirdisə, deməli, həmin vaxtda olmalı idi. Berti gecikənləri sərt şəkildə cəzalandırırdı".
 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah