"Ayazın “Spartak”da oynadığını unutmuşam" Mostovoy

“Ayazın gedişi “Spartak” üçün itki olmayacaq. Artıq onun “Spartak”da oynadığını unutmuşam. Çünki heyətdəki yerini itirib, əvəzləmədən də meydana daxil olmur”.

Newsport.az xəbər verir ki, bu sözləri Rusiya millisinin sabiq üzvü Aleksandr Mostovoy “Spartak”ın futbolçusu Ayaz Quliyevin intizamsızlığına görə əvəzedici komandaya gömdərilməsindən danışarkən deyib.

“Spartak”ın keçmiş hücumçusu yerli mətbuata açıqlamasında 23 yaşlı azərbaycanlı yarımmüdafiəçinin komandaya fayda vermədiyini bildirib: “Onun üçün asan vəziyyət deyil. İndi isə sanki odun üstünə yağ töküldü. Ancaq bu kimi hallara sakit yanaşmaq lazımdır. Daha çox məşq etməlidir. İndi istənilən səviyyədə deyil, ancaq sonradan düzələ bilər”.

Qeyd edək ki, Quliyevin əvəzinə əsas komandaya gənclər komandasından 18 yaşlı mərkəz yarımmüdafiəçisi Konstantin Şiltsov cəlb edilib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah