Qurban Qurbanov və “Qarabağ” dünya rekordçuları arasında

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) 84 ölkənin çempionatında klublar və baş məşqçilərlə bağlı 2015 -19-cu illəri əhatə edən araşdırma aparıb.

Newsport.az qurumun saytına istinadən xəbər verir ki,  araşdırmada ən çox və ən az baş məşqçi dəyişikliyi edən klubların reytinqi hazırlanıb.

Siyahıdakı 766 komandadan yalnız 30-u son 5 ildə cəmi 1 mütəxəssəsis çalışdırıb. Onların arasında “Qarabağ” da yer alıb. Baş məşqçisi  Qurban Qurbanov olan Ağdam təmsilşisi rekordçular arasında oyun sayına görə 12-ci pillədə yer alıb.

Azərbaycan klubları arasında “Qarabağ”dan sonra, “Qəbələ” və “Sumqayıt” yüksək pillədə qərarlaşıb. Hər iki komanda 2015-2019-cu illərdə 4 baş məşqçinin xidmətindən yararlanıb. “Keşlə” 6, “Neftçi” isə 8 məşqçiyə güvənib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah