Dmitri Nazarov Stiven Siqalla görüşündən danışıb

Almaniya II Bundesliqa təmsilçisi “Ersgebirge”də çıxış edən Dmitri Nazarov əfsanəvi aktyor Stiven Siqalla görüşüb. Newsport.az “tag24”ə istnadən xəbər verir ki, millimizin üzvü tanınmış sənətçi ilə daha öncədə də bir araya gəldiyini açıqlayıq:

"Azərbaycan millisi ilə Norveçə qarşı keçirdiyimiz görüşdən öncə Siqalla görüşmüşdük. O, döyüş sənətləri məktəbi açmaq üçün Bakıya gəlmişdi. Komandamızın otelində iki gecə keçirdi və matçı izlədi. Beləliklə, onunla bir araya gəlmək imkanımız oldu. Mənim üçün yaxşı təcrübə idi, çünki onun filmlərinə baxmağı xoşlayıram. Həmin vaxt onunla çəkdirdiyim şəkil indiyə qədər “WhatsApp” profilimdədir”.

Qeyd edək ki, Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinə dəvət alır. Təcrübəli forvard "Ersgebirge"də 2016-cı ildən çıxış edir. 2016-ci ildə Azərbaycan yığması Norveçi DÇ-2018-in seçmə mərhələsində 1:0 hesabı ilə məğlub edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right