Ayxan Abbasov: “Azərbaycanda mövsüm erkən başa vurulmalıdır”

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov cari mövsümün bərpa olunmasına qarşıdı.

 

Newsport.az xəbər verir ki, 39 yaşlı mütəxəssis Sport24.az-a açıqlamasında çempionatın davam edəcəyi təqdirdə Premyer Liqa klublarını gözləyən potensial problemlərə toxunub: “Fasilə çox uzandı. Ona ümid edirdik ki, bir aylıq fasilədən sonra oyunçuların vəziyyətini 3 həftəyə bərpa edə biləcəyik. Ancaq komandalar artıq 2 aydır məşqə çıxmayıbıar. May ayının sonuna bir neçə gün qalmışı buraya əlavə etsən, 2,5 ay alınır. Bu isə çox uzun bir fasilədi".

 

"Kimyaçılar"ın gənc çalışdırıcısının sözlərinə görə, heç vaxt belə bir fasilə olmayıb: “Ən uzun fasilə yayda olur. Avropa yarışlarında iştirak etməyən klublar yeni mövsümün hazırlıqlarına əvvəlkindən 6 həftə sonra başlayır. Yeni mövsümə hazırlıq 6-7 həftə çəkir. Bu müddət ərzində klublar təlim-məşq toplanışları keçirlər ki, bu müddətdə yoxlama matçları oynayırlar. Onlardan birincilər adətən 45 dəqiqə keçir. Və hətta belə hazırlıqdan sonra da baş məşqçilərin əksəriyyəti komandaları üçün ilk 2-3 turunun çətin keçdiyini iddia edirlər. Komandanın təlim-məşq toplanışından sonra özünə gəlməsi üçün məhz bu sayda tur tələb olunur. İndi təsəvvür edin ki, 2,5 aydan sonra passiv ev həyat tərzi keçirən oyunçular 40 dərəcəlik istidə meydana çıxırlar".

 

Abbasov fikirlərini medalın digər tərəfi ilə də əsaslandırıb: “Mayın 31-d praktiki olaraq bütün futbolçularda müqavilələr başa çatır. Bu mərhələdə müqaviləni yeniləməyi təklif edə bilmərik. Təbii ki, mayın 31-dən sonra bu futbolçular komandamızda oynamaqdan imtina edə bilərlər. Futbolçuların daha bir hissəsi "Sumqayıt" da oynamağa davam edərkən digər klublarla danışıqlara başlaya bilər. Təbii ki, bu, oyunlarının keyfiyyətinə təsir edəcək. Razılaşın ki, burda idman prinsipləri də pozulur. Və başqa bir vacib amil - zədələnmə ehtimalı əhəmiyyətli dərəcədə artacaq. Axı, hər 3 gündən bir hazırlıqsız bir oyunçunu meydandan buraxmaq çox ağır olacaq. Bir futbolçu asanlıqla çox ciddi bir zədə ala və hətta bir illikmsıradan çıxa bilər".

 

39 yaşlı mütəxəssis bu mövsümü tamamlamağı və avqustun ortalarında yeni bir mövsümə start verməyi təklif edir: "Çempionat iyunun sonunda davam edərsə, avqustun əvvəlində başa çatacaq. 2-3 həftə ərzində klublar heyəti də komplekləşdirməli, təlim-məşq toplanışları da təşkil etməli və Avropa yarışlarında da iştirak etməlidi. Bu, sadəcə, mümkün deyil. Buna görə mövsümün bitməsini rəsmi olaraq elan etməyi, yeni futbol ilinin hazırlığına 2 ay vaxt verməyi təklif edirəm ki, yerli klublar həm normal komplektləşsinlər, həm də kondisiyalarını qaydasına salsınlar. Əlbəttə, yekun söz AFFA-nındı. Onlar hansı qərarı verərlərsə, razılaşacağıq. Mən də öz növbəmdə subyektiv fikrimi bildirdim və bunu faktlarla əsaslandırmağa çalışdım".

 

Abbasov mövqeyini möhkəmləndirmək üçün bir sıra nümunələr də gətirib: "Fransa, Hollandiya, Şotlandiya, Kipr götürün - bu ölkələr riskə getmədi. Rusiya və Türkiyəyə gəlincə, onların mövsümü davam etdirə biləcəkləri fakt deyil. Bundan əlavə, əksər ölkələr artıq kiçik qruplarda məşqlərə başlayıb. Bizdə isə belə geniş imkan olmayacaq - bütün hazırlıq üçün cəmi 20 gün veriləcək. Onların Azərbaycan klublarından daha bir fərqi mövcud müqavilələrdi. Bu ölkələrdə mövsüm sonunda oyunçuların 90% -i müqavilələri bitməyəcək. Yalnız bir neçə oyunçu komandanın sıralarını tərk edəcək. Axı, bizdə belə deyil; demək olar ki, bütün oyunçular müqavilələrini başa vururlar. Və onları sonra motivasiya etmək sadəcə, mümkün olmayacaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right