“Azərbaycana getməyi təklif etdilər, bir il sonra “Ştutqart”da oynadım”

Almaniyanın II Bundesliqa klubu “Sankt Pauli”nin yarımmüdafiəçisi Boris Taşinin karyerasını Azərbaycanda davam etdirmək ehtimalı olub. Newsport.az xəbər verir ki, bu barədə Ukraynanın gənclər millisinin sabiq üzvü özü açıqlama verib.

“Klubumda məni təlim-məşq toplanışına aparmayacaqlarını dedilər. Mənə bildirdilər ki, sənin üçün bir seçim var - Azərbaycanda icarədə oynamaq. Buna inana bilmədim. 19-20 yaşım var, baş məşqçi deyir ki, toplanışa aparılmayacaqsan. Bir ildən sonra isə “Ştutqart”ın heyətində Dortmund “Borussiya”sına qarşı matçda debüt etdim”.

Həmin vaxt “Çernomorets”in oyunçusu olan Taşi icarə əsasında “Hoverla”nın formasını geyinib.

Qeyd edək ki, cari mövsüm 15 oyunda meydana çıxan Boris Taşi 1 məhsuldar ötürmə ilə kifayətlənib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right