“Qarabağ” - Avropa nəhənginə şok yaşadan 10 klubdan biri

“Atletiko”nun tarixi ərzində avrokuboklarda heç vaxt məğlub edə bilmədiyi komandaların siyahısı açıqlanıb.

Newsport.az xəbər verir ki, İspaniya nəhəngi indiyə qədər iki oyundan ibarət matçlarda 10 komandaya qalib gələ bilməyib.

Madrid klubunun biləyini bükə bilmədiyi klublar arasında “Qarabağ” da var. 2017/18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la “Atletiko” Bakıda 0:0, Madriddə isə 1:1 hesablı bərabərliyə imza atıb.

“Qarabağ”la yanaşı, “Atletiko”nun üstələyə bilmədiyi digər komandalar “Ayntraxt”, “Aris”, “Dinamo” (Drezden), “Syon”, “Bolton”, “Lans”, “Derbi”, APOEL və “Tottenhem” olub. Madridlilər ilk 4 komandaya hər iki matçda uduzubsa, “Bolton”, “Lans” və “Tottenhem”ə bir dəfə yenilib, “Derbi” və APOEL-lə hər iki oyunda bərabərə qalıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right