Kolumbiyalı futbolçu Azərbaycandan təklif alıb

Kolumbiyalı futbolçu Alejandro Bernal Azərbaycandan təklif alıb.

Newsport.az xəbər verir ki, bu barədə 31 yaşlı futbolçu özü “Liga Deportiva”ya açıqlamasında bildirib. O, təklif aldığı Azərbaycan klublarının adını çəkməyib: “Mənə hətta Azərbaycandan da təkliflər gəldi. Qərar verərkən, çox diqqətli olmaq lazımdır”.

Qeyd edək ki, Bernal son olaraq ölkəsində “Atletiko Bukaramanqa”da çıxış edib. O, 2016-cı ildə “Atletiko Nasional”ın heyətində isə Libertadores kubokunun qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right