Kərimovdan rekord, Baukdan 3 top

Azərbaycan kubokunda 2005/06 mövsümündə debüt edən “Qəbələ” indiyədək keçirdiyi 66 matçda 112 qol vurub. Newsport.az klub saytına istinadən xəbər verir ki, bunlardan ikisi rəqiblərin avtoqoludursa, digər toplara “qırmızı-qaralar”ın 56 oyunçusu imza atıb.
 
Əyalət təmsilçisinin kubokdakı ən məhsuldar futbolçusu Kənan Kərimovdur. Onun aktivində 7 qol var. Filip Ozobiç 6, Vüsal Qarayev 5 dəfə fərqlənib. Daha 5 oyunçu üçdən çox qola imza atıb. Onların hərəsi 4 dəfə rəqib qapısına yol tapıb. Hazırda “Qəbələ”nin formasını geyinənlər arasında rekordçu Klesio Baukdur. O, cəmi 2 matçda iştirak etsə də, 3 qolun müəllifidir.
 
Azərbaycan kubokunda 3 və daha çox qol vuranlar
 
1. Kənan Kərimov - 7
 
2. Filip Ozobiç - 6
 
3. Vüsal Qarayev - 5
 
4-8. Viktor Mendi - 4
 
 İbrahim Hüseynov - 4
 
 Daniel Subotiç - 4
 
 Aleksey Qay - 4
 
 Baqali Dabo – 4
 
9-15. Dodo - 3
 
Samir Zərgərov - 3
 
Stiven Monroz - 3
 
Ruslan Qurbanov - 3
 
Ermin Zets - 3
 
Davit Volkov - 3
 
Klesio Bauk - 3




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right