UEFA növbəti dəfə Azərbaycan klublarına pul köçürdü

UEFA növbəti dəfə Azərbaycan klublarının hesabına pul köçürüb.

Newsport.az xəbər verir ki, qitə futbol qurumunun 2018/2019-cu illəri əhatə edən “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində qeyd olunan mövsümdə Azərbaycan Premyer Liqasında çıxış etmiş, lakin UEFA-nın Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına aşağıdakı cədvəl əsasında UEFA-dan ayrılan əlavə maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə köçürülüb.

"Neftçi" - 15 446.42 avro

"Səbail" - 15 446.42 avro

"Qəbələ" - 15 446.42 avro

"Zirə" - 15 446.42 avro

"Sumqayıt" - 15 446.42 avro

"Sabah" - 15 446.42 avro

"Keşlə" - 15 446.42 avro

Qeyd: “Keşlə” klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right